Azərbaycanda 6 nəfərin ölümünə səbəb olan DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

17 2018 14:18

Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza zamanı 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

VAZ 2106 və VAZ 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən 4 nəfər Siyəzən rayon sakinləri, Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və Pərviz Bayramov VAZ 2107nin sərnişini olublar.

Qalan 2 nəfər 
VAZ 2106nın sürücüsü, 56 yaşlı Teymurşah İsmayılovla, həyat yoldaşı, 57 yaşlı Mehparə İsmiyevadır.

VAZ 2107nin sürücüsü, Ağsu sakini, 35 yaşlı Səbuhi Quliyev isə ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.