“Xanım müğənnilər gecə 1-də, 2-də evə gəlirlər”ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Elçin Hüseyinov olub.Müğənni oğluna nə üçün müğənni qız almaq istəmədiyinə aydınlıq gətirib:“Bunun açıqlamasını bir neçə yerdə vermək istəyirdim amma üstünə getmək də istəmirdim. Bir neçə bəzi xanım həmkarlarımızın bəziləri başlarından böyük danışdılar. Kimsə qalmaqal yaratmaq istəyəndə, mən 20-25 il ərzində heç vaxt cavablandırmamışam. İlk dəfədir ki, aqresiv danışıram. Hər bir ailədə bir xarakter var. Bizim ailə çox qapalı ailədir. Xanım müğənni də iş adamıdır. Mənim çox xanım müğənni dostlarım var ki, evimə gəlib gedirlər. Mən onu ona görə demişəm ki, elə xanım müğənni var ki, gecə saat 1-də, 2-də, 3-də gəlir. Mən bunu bütün xanımlara aid etmirəm. Bizim ailədə yəni yoxdur elə xanımlar, sadəcə olaraq evdar xanımlara yer var”.