“Gəlib məni qucaqlayıb öpdü” – Lətifə etiraf etdi – VİDEO

12 2018 15:07

ARB Ulduz-un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz olub.

Bəzi həmkarları kimi gündə bir mahnının belini qırıb gün üzünə çıxarmağı sevməyən müğənni, keyfiyyətli mahnı üçün uzun müddət çalışdığını söyləyib:

“Yazdırdığım mahnılar burda düzəlir. 
Sonra hazırlıqlar Türkiyədə davam etdirilir. Uzun  bir proses olur ki, nəticədə yaxşı bir mahnı ortaya çıxsın. Çünki mən tamaşaçıları çox sevirəm. Yoxsa, hər gün bir mahnı çıxarmaq, inanın ki, problem deyil”.

Efirlərdə tez-tez görünməməsinin səbəblərini açıqlayan Lətifə, indi gündəmin tamam başqa tələblər ortaya qoyduğunu diqqətə çatdırıb:

“Dram ifa etməyi sevirəm, ancaq öz həyatımdan hansısa dramatik məqamlar göstərim və tamaşaçını bununla cəlb edim, bunu semirəm. Pozitiv ötürməyi sevirəm. İnsanlar dramatik mövzulara meyllidirlər. Bu üsulla daha tez gündəmə gəlirsən. Biraz onunla dava, bir az bununla dava etməyi mən özümə uyğun görmürəm. Ən böyük problem budur”.

Tez-tez geyimləri müzakirə mövzusuna çevrilən Lətifə, ətrafdakıların onunla bağlı fikirlərinə qətiyyən önəm vermədiyini açıqladı.

“Qətiyyən kənar fikirlərə önəm vermirəm. 
Çünki bu, mənim geyim tərzimdir. Mən bu tərzi sevirəm. İndikindən daha kilolu olanda şort geyinmirdim. Arıqlayandan sonra şort istifadə etməyə başladım. Hərçənd ki, uşaqlıqda da çox istifadə edirdim. Mənə rahatdır, mənim xoşum gəlir. Bu, mənim üçün gündəm mövzusu deyil. Burdan qapalı geyinim, qapıdan çıxandan sonra başqa-başqa işlərlə məşğul olum, bu, mənə görə deyil”.

Sosial şəbəkələrdə onu tənqid edib dişinin dibindən çıxanı deyənlərə isə sənətçinin cavabı yenə də kəskin və sərt oldu:


“Mən baxanda ki, bir adam mənə tərbiyədən yazır və sən həmin adamın səhifəsinə girib geyimlərinə baxanda hər şey məlum olur. 
Geyimlər bir yana qalsın, onun yazdıqlarından bilirsən ki, tərbiyəsi necə ola bilər, o, hansı zehnə malik ola bilər. Buna evdə nə öyrədiblər.

Burdan demək istəyirəm ki, hamı öz həyatını yaşasın, hamı öz həyatı ilə maraqlansın. Öz həyatınız daha maraqlı olar. Səhər yuxudan oyanırlar, başlayırlar başqasının həyatı ilə yaşamağa. Lazım deyil. Kiməsə baxıb, bu niyə bunu alıb, bu niyə bunu geyinib, bunun niyə evi var, kimi fikirlərə qapılmaq lazım deyil. Oturun, öz fikrinizi çəkin!”

Müğənni, könül verəcəyi insanın istəyilə geyimlərinə, ümumiyyətlə, həyat tərzinə düzəliş verə biləcəyini etiraf edib:

“Əgər ürəyimi bir insana verirəmsə, niyə onun dediyi söz məni narahat etməlidir? Ortac məxrəcə gələ bilərik də. Mən bu boyda ürəyi ona verirəmsə, deməli, onun hansısa sözü ilə razılaşmalıyam. Ancaq mən bilməliyəm ki, həmin insan da mənə qarşı eyni münasibətdədir”.

Rəhim Rəhimli ilə olan barışığından da danışan Lətifə, Aygün Kazımovanın doğum günündə baş tutan barışığın Rəhim tərəfdən gəldiyini söyləyib:

“Biz Aygün Kazımovanın doğum günündə barışdıq. O da necə oldu? Əslində mən Rəhimdən incimişdim. O isə bunun fərqində olmamışdı. Gəldi, doğum günündə məni öpdü, qucaqladı və dedi ki, bəyəm biz, küsmüşük? Onun elə bir xasiyyəti var ki, üzünə baxanda hər şeyi unuduram. “Biz bəyəm küsmüşük, mən bilmirdim ki, sən məndən küsmüsən”, - dedi. Küsülülüyümüz bir həftə çəkmədi. Elə ordaca barışdıq. Bizim çox gözəl münasibətimiz var”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.