Tövlə, anbar və çay evindən oğurluq edən dəstə saxlanılıb - VİDEO

16 2018 17:02

Silsilə oğurluq edən şəxslər tutulublar

ARB TV xəbər verir ki, hadisə 
Zərdab şəhərində baş verib.

Zərdab şəhər sakini İlqar Abdullayev ona məxsus tövlədən bir baş inəyin, Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov icarə əsasında anbar kimi işlətdiyi obyektdən 63 yeşik, 840 ədəd müxtəlif adlı spirtli içkilərin, Eltun Eminov çay evindən ümumilikdə 1200 manat dəyəri olan televizor və kompüter, 100 manatlıq elektrik qızdırıcısının oğurlandığını bildiriblər.

Müraciətlər əsasında əməliyyata başlanılıb. Tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Turan Yusibov, Zərdab rayon sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin qabaqcadan əlbir olaraq oğurluq etmələri müəyyən olunub. Saxlanılanlar dəstəyə Turan Yusibovun rəhbərlik etdiyini və onun göstərişi ilə hərəkət etdiklərini deyiblər.

Hazırda Zərdab RPŞ-nin əməkdaşları onların digər analoji hərəkətlərinin olub-olmadığını araşdırır.