“4 il övladım olmadı” - Kəmalə Qaramollayeva illər sonra efirdə - VİDEO

13 2018 15:58

Azərbaycanlı müğənni tanınmayacaq dərəcədə dəyişdi


ARB TV-nin Sayqa ilə bu axşam verilişinə qonaq olan müğənni Kəmalə Qaramollayeva maraqlı açıqlamalar verib.

O, övladı haqda söz açıb:

“5 ilə yaxındır ki, ailə qurmuşam. 
Allah arzusunda olanlara qismət eləsin. Evləndikdən sonra oturmaq fikrim yox idi. Böyük layihələrim var idi. Sadəcə hər şey tərsinə oldu. 4 il övladım olmadı. Amma yenə də oturmamışam, işləmişəm. Bu yaxınlarda gözəl layihəmiz olacaq. Allahdan arzu edirdim ki, mənə övlad qismət etsin və mən bütün balacaları sevindirəcəm. Uşaq jurnalımız işıq üzü görəcək.