34 nəfəri aldadaraq pul alan dələduz saxlanıldı – VİDEO

12 2018 15:50

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini Gülnar Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.


ARB TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.

Nəticədə həmin şəxs
 dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Onun 2017-ci il ərzində 34 Şəki rayon sakinini aldadaraq dələduzluq yolu ilə müəyyən məbləğdə pul alması müəyyən edilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.