“Qadının həyatdakı missiyası uşaq böyütməkdir” – Ülviyyə Əliyeva – VİDEO

12 2018 15:46

Hər günümü sonuncu gün kimi yaşayıram


“Ölümlə üz-üzə gəlmişdim”

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı tanınmış aparıcı Ülviyyə Əliyeva (Keyxanım) olub.


Ülviyyə həyata baxışın dəyişdiyini
 və həyatı əvvəlki kimi yaşamadığını bildirib:

“Hər kəs öz həyatını özü yaşayır. Uzaq başı mənim dərdimə şərik ola bilərlər. May ayından etibarən mənim həyata baxışım dəyişib. O zaman ölümlə üz-üzə gəlmişdim. O anda hər şey gözümün qabağından lent kimi gəldi keçdi. Az qalmışdı ki, avtomobil qəzası olsun. Hər günümü sonuncu gün kimi yaşayıram. Bunu bacarmaq lazımdır. Bu gün nəsə etmək istəyirəmsə, onu həmin gün edirəm. Saxlamıram ürəyimdə”.

Daha sonra barmağındakı üzükdən danışan aparıcı bildirib ki, hələ ki, ailəli deyiləm
:

“Bu haqda danışmaq istəmirəm. Ailəli deyiləm. İnşallah ailə quraram. Qadının ailəsi olmalıdır mütləq. Qadının həyatdakı missiyası yuvasının qoruyucusu olsun, uşaq böyütsün. Kariyera öz yerində”.