“Mağazaları balıq satanda görürdük” – Saxlanılan şəxs - VİDEO

09 2018 16:05
Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub.


ARB TV 
xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı mağazadan 700 manat pul, 1ədəd kompyuter, 1 ədəd printer, 1 ədəd markalı mobil telefon, 91 qutu müxtəliv növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şühbəli bilinən 3 nəfər saxlanılıb.

Onlar əvvəllər məhkum olunan - Xaçmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovdur. Saxlanılan şəxslərin üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.

İsmayıl Həsənov- saxlanılan şəxs: “Oğurluğu Saleh və Mirzağa ilə etmişəm. Salehin təklifi ilə getdik oğurluğa. Saleh mənim bibioğlumdur. Mağazaları balıq satanda görürdük.”

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb.

Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.Qeyd olunan faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.