“Aralamaq istədim, məni vurdular” – Dönər yeyib dönərçini döydülər – VİDEO

09 2018 16:03

Gədəbəy rayonunda döyülmə faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Rayon sakini 29 yaşlı İbrahim Abdullayev dönərxada iki nəfər tərəfindən döyülüb. 
Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdı.

Zərərçəkən İbrahim Abdullayev xeyli müddətdir Gədəbəy rayonunun mərkəzində dönər hazırlayıb satmaqla məşğul olur. 
Həmin şəxslər də sözügedən obyektə onun hazırladığı dönərdən yemək məqəsədi ilə gəliblər. İstədikləri qidanı daddıqdan sonra ödəniş əvəzinə dönərçiyə xəsarət yetiriblər.

İbrahim Abdullayev - Zərərçəkən: “Axşam tərəfi idi. Saat 6 olardı. İki nəfər sərxoş halda gəldi. Dönər yedilər pulu vermək üstündə mübahisə yarandı. Dalaşanda mən aralamaq məqsədi ilə yaxınlaşdım, o da məni vurdular”.

Hələlik dönərçinin döyən şəxslərin kimlikləri məlum deyil.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsinin təhqiqatçıları tərəfindən araşdrıma aparılır.