Avtomobil dərəyə aşdı, 2 yaralı - VİDEO

09 2018 16:02

Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayon Məzrəli kəndindən keçən hissəsində qəza qeydə alınıb.

ARB TV
 xəbər verir ki, Sabirabad sakini 60 yaşlı Lələxan Qəhrəmanov Honda markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı sürücü və avtomobildə olan olan sərnişin 57 yaşlı Həmişəgül Qəhrəmanova müxətlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.