Qızlara oğlan peşələri öyrədiləcək - PEŞƏ TƏHSİLİNDƏ YENİLİK - VİDEO

09 2018 15:57

Azərbaycanda 105 peşə litseyi və peşə məktəbləri var. Var olanı dövlət maddi texniki bazasını yaxşılaşdırdı. Bunun təsiri də o oldu ki, hazırda şagirdlərin bəlli bir faizi 9-cu sinifdən 10-cu sinifə keçmir, onların seçdiyi yol peşə məktəbləri olur.

ARB TV-nin “Günə doğru” proqramı peşə məktəbləriylə bağlı maraqlı süjet hazırlayıb.

Peşə məktəblərini seçənlər ildən ilə artır. Artım sual meydana çıxarır, peşə məktəblərinə axının çoxalması yaxşıdır, yoxsa şagirdlər hökmən ali təhsilli olmaq üçün təhsillərini davam etdirməlidir? 
Suala bir neçə istiqamətdən yanaşacağıq. Hələlik vəziyyətin yarandığı səbəbə baxaq.

Qalib Həsənov - Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru: “Kütləvi halda ali təhsil diplomu almaq ənənəsi yaranmışdı. Bu da peşə məktəblərinin imicinə təsir göstərmişdi. Lakin avropa ölkələrində, şərqi Asiyada orta məktəbi bitirənlərin 60-70 %-i birbaşa peşə məktəblərinə gedirlər”.

Hətta bu yaxınlarda Yeni peşə tədris mərkəzinin əsası da qoyuldu. Bu əsas verir ki peşə məktəblərinə üz tutan
ların sayı çox olacaq. Olsun. Təki üzləri ağ, alınları açıq, peşəkar səviyyədə sənət öyrənsinlər. Həmin bu yeni peşə tədris mərkəzidə tədrisin aparılması Cənubi koreyalılarla birgə olacaq. Bu isə nahaq yerə seçilməyib. Çünki, cənubi Koreya, Finlandiya kimi təhsildə irəli getmiş ölkələrdə peşə məktəblərində oxuyan şagirdlərin sayı ali təhsillli insanların sayımdan daha çoxdur. Hətta dəfələrlə çoxdur. Və bu sahə ölkələrin inkişafına gətirib çıxarır. Çünki hər kəs istədiyi peşəyə yiyələnib, onun peşəkarına çevrilir. Bu da peşə məktəblərində daha tez və çevik olur.

Baxın sizə konkret misallar çəkəcəm. Azərbaycanda ali təhsil müəsisələrini bitirənlərin sayı 32.000 nəfərdir, bu rəqəmin fonunda cəmi təxminən 42 %-i iş tapa bilir. 
İş tapa bilməyənlər isə 58 faizdir. Amma baxaq digər tərəfə, yəni peşə məktəblərini bitirənlərə. Burda vəziyyət yaxşıdır. Peşə məktəblərini bitirənlərin 90%-i  iş tapa bilirlər. Bu olduqca tez baş verir. Məsələn, saç ustası, aşpaz, çilingər, avtomobil ustası, kompyüter mühəndisliyi  və s. peşələrə yiyələnən işsiz qalmayacaq. Çünki bazarda buna konkret təlabat var. Bunun geniş izahı ilə bağlı Təhsil Nazirliyi ilə ASAN xidmətin peşə ixtisasları ilə bağlı layihəsi barədə məlumat almaq istədik, amma istək olaraq qaldı. Çünki Təhsil Nazirliyinin Mətbuat xidməti rəhbəri Cəsarət Valehov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Eldar Salahov bu barədə danışmadılar. Günlərlə buna israr etsək də. Amma bu danışılası mövzudur. Çünki dövlətin ixtisaslı kadrların hazırlanmasına göstərdiyi dəstəyi rəsmilər də təşviq etməlidir.

Nübar Hüseynova - Tələbə: “Elektrik qaynaqçısı ixtisasında oxuyuram. Sevərək gəlmişəm. İnternetdə də izləyirdim. Çox yaxşı öyrədirlər”.

Adi peşə məktəbidir, ixtisasıdır deyib keçməyin. Gələcəkdə də şirkətlər özlərinə lazım olan işçinin hazırlanmasını peşə məktəblərinə sifariş edəcəklər. 
Çünki universitetlərdə bu iş uzun və bahalı olur. Və bu heç bir şirkətə maraqlı deyil. Ona görə də peşə məktəblərində oxuyanların artması Azərbaycanın gələcəyi üçün pis heç nə vəd etmir.