Qubada ehtiyatsızlıq məktəbin yanmasına səbəb oldu - VİDEO

08 2018 16:10

Qubada yanğın olub.


ARB TV xəbər verir ki, Qubanın İkinci Nügədi kənd məktəbinin zirzəmisində tüstülənmə qeydə alınıb.

Əraziyə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Təhlükəsizlik qaydalarına görə, FHN-nə məlumat verilib.

Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər, təhlükənin qarşısı alınıb.


İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.