İdarəetməni itirən sürücü avtomobili ağaca çırpdı - vəziyyəti ağırdır - VİDEO

07 2018 16:21

Qaraməryəm-İsmayıllı-Şəki yolunun 147-ci kilometirliyində, Şəki rayonu ərazisində qəza baş verib.

ARB TV xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü Köbər Zəyzid kənd sakini Tamerlan Sofibəyov idarəetməni itirərək nəqliyyat vasitəsini ağaca çırpıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. 
Sürücünü avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN xüsusi xilasetmə qrupu, təcili tibbi yardım briqadası və polis əməkdasları gəlib. Xəstə dərhal Şəki mərkəzi rayon xəstəxansına çatdırılıb. Hazırda Tamerlan Sofibəyovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bütün faktlar araşdırılır.