“Röya vurduğu möhürü Aygün Bəylər vurmayıb” – Hacı Nazim - VİDEO

07 2018 16:20

“ARB Ulduz”un “Şou Məkan” verlişinə bəstəkar-müğənni Hacı Nazim qonaq olub.

Ötən il ifaçı kimi efirlərdə mahnılarını səsləndirən Hacı Nazim, artıq bu ildən etibarən müğənni kimi fəaliyyətini daha da sürətləndirdiyini açıqlayıb:

Keçən il verilişlərə dəvət aldım. Əvvəllər bəstələrimi oxudular. Amma sonra ifaçı kimi dəvətlərdə aldım. Elza xanımdan, Aygün Səmədzadənin mahnılarını ifa etdim. 2018 ci ildə bu işə birazda sürətləndirdik..

Müğənni bu keçməkeçli yolda ona dəsətək olan həmkarlarından da söz açıb: 

Sənət  dostlarım Emil Bədəlov, Abbas Bağırov və bir neçə dostlarım məsəlçün Röya onlar mənim uğuruma sevinirlər. Mənə deyirlər dayanma işlə. Təbii ki, bəstəkarlıq fəaliyyətimiz yerində qalır. Onunla bağlı işlərimiz gedir. Eyni zamanda təşkilatçı kimi fəaliyyət göstərirəm. Həmçinin studiya işimiz var. Təlabat olarsa yeni mahnılar yazdıracağıq.

Müğənni son zamanlar “Tut əlimdən” adlanan mahnısı ilə diqqətləri üzərinə çəkməsindən danışıb: 

“Bu mahnı öz bəstəmdir. Sözləri Sərxan Nizamoğluna aiddir. Aranjmanı Anar Vəliyevə aiddir. Əslində mən bu janırda yazmışam amma heç vaxt bu janra müraciət etməmişəm. Baxdım ki, bu janr son zamanların tələbidir. Sosial şəbəkələrdə mahnımı paylaşan bütün sənət dostlarıma təşəkürümü bildirirəm”.

Nazım əslində həmkarlarına rəqib yox, dost gəldiyini deyib:

“Bir insan bir toya gedə bilər. Məni toya çağrıblarsa və mən həmin günü məşğulamsa başqasını təklif edə bilərəm. Mən uşaqlıq illərimdən oxumuşam. 12 yaşımdan. Məni köhnə nəslin ifaçıları, xalq artistlər tanıyırlar. Mən o dövrdən başlamışam. Mən oxuyan dövürdə şou-bines deyilən bir şey yox idi, nə də pop musiqisi. Onda sırf səhnəyə çalışırdıq. İndi bu cür ortam yaranıb. Bi də öz işimizi görürük. Qıraqdan, sakit. Heç kimə mane olmadan, heç kimi burmadan”.

Nazim yeni ifasının fərqli tərzdə olduğu üçün bəyənilməmə etimalından danışıb:

“Ola bilər bu ifanı qınayanlar da olacaq, alqışlayanlar da. İfaçının repertuarında bir çox janrlar olmalıdır. Əgər mən bunu bacarıramsa bunu yazmışam və oxumuşam. Buna qulaq asmaq istəməyən, xoşu gəlməyən qulaq asmasın. Qoy getsin mənim Aygün Səmədzadənin bəstəsi olan mahnılarıma qulaq assın.

Sonda Nazim Aygün Bəylər və Röya qalmaqalına da toxunub: 

“Aygün Bəylər həqiqətən sənətkardır, gözəl xanəndədir.  Sadəcə orda bənzətmə düzgün deyil. Ona görə ki, Röya pop sənətkarıdır. Röya pop ulduzudur. Bu gün Aygün Bəylərin etdiyini ola bilər ki, Röya edə bilməsin. Amma etiraf etmək lazımdır ki, Röyanın da etdiyini bu gün, o pop sahəsində vurduğu möhürləri Aygün Bəylər vurmayıb. Bunların müqayisəsi düzgün deyil”.