“Atam dedi ki, bizə yaraşan insan deyil” – Orxan evlənəcəyi qızdan danışdı – VİDEO

07 2018 16:18

ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti müsahibi müğənni Orxan Babazadə olub.

İki kəlmənin orta yerində həmkarlarına söz atıb fikir tutan müğənni, ətrafdakıların düşündüyü kimi özündənrazı bir insan olmadığını söylədi.

“Özümdən razı biri deyiləm. 
Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm”.

Orxan, sənin bu evlilik məsələn də ki, artıq qlobal problemə çevrilir. Söylə görək, bəs, nə zaman vağzalı çaldıracan?

“Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba 
olum. Artıq bu barədə düşünürəm”.

Deyəsən, evlilik üçün namizəd tapmısan ki, belə arxayın danışırsan.

“Əslində namizəd var idi. Artıq yoxdur. Sadəcə həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.