23 yaşlı gənc 4 minlik qızıl oğurladı – VİDEO

07 2018 16:11

Oğurluq edən şəxs tutulub.

ARB TV xəbər verir ki, Neftçala sakini Elşən Dünyamalıyev Rayon Polis Şöbəsinə gedərək evindən naməlum şəxs və ya şəxslər tərəfindən 3940 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polisin keçirdiyi əməliyyatla cinayətdə şübhəli bilinən 23 yaşlı İdrak Məmmədov saxlanılıb, onun oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.