“Kəpəz FM”-in 5 yaşı tamam oldu – VİDEO

06 2018 16:21

“Kəpəz FM” - Bu ad Gəncəlilərə, ümumiyyətlə ölkəmizin qərb regionunun sakinlərinə yaxşı tanışdır. Bizi zövqlü musiqi ilə sevindirən bu doğma radionun 5 yaşı tamam olur.

Bu dəfə də ənənəsinə sadiq qalan “Kəpəz FM” ad gününü fərqli tərzdə qeyd etməyə qərar verdi. 
5 illiyimizi dinləyicilərlə keçirmək istədik. Maraqlı aksiyanın təşkil edilməsində bizə daimi tərəfdaşlarımız və dostlarımız – Sinema plus Xəmsə Park, Bes isis Gozəllik Mərkəzi, Kolorit  Café & Dining və Nyam Nyam House Karaoke yardımçı oldular.

5 il bundan əvvəl yayıma başlayan “Kəpəz FM” o vaxt ilk kövrək addımlarını atırdı. 
Qarşıya qoyulan məqsədlər çox böyük idi. Dinləyiciyə zövqlü musiqi, maraqlı verilişlər və operativ xəbərləri təqdim etməklə regionun ən populyar radiosuna çevrilmək.

Gəncədən yayımlansa da Kürdəmirdən tutmuş düz ölkəmizin sərhəddinə - Qırmızı Körpüyədək olan ərazidə bizi eşitmək mümkündür. Artıq bu gün “Kəpəz FM” qərb bölgəsində ən çox dinlənilən radiodur.