Dumanlı hava qəzaya səbəb oldu: işıq dirəkləri sıradan çıxdı - VİDEO

06 2018 16:20

Cəlilabad rayonunda dumanlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. 

ARB TV xəbər verir ki, qatı duman Ələt-Astara magistralında avtomobillərin hərkətində çətinliklər yaradıb.

Cənub rayonlarından Bakı istiqamətində hərəkət edən bəzi sürücülər görmə məsafəsi minuma endiyi üçün magistralın Cəlilabad rayonundan keçən hissəsində saatlarla yolda gözləməli olublar.

Duman qəzaya da səbəb olub. “Landrover” markalı avtomobil Cəlilabad rayonunun giriş hissəsindəki döngənin beton dirəklərinə çırpılıb. Qəza zamanı ərazidə quraşdırılmış işıq dirəkləri də sıradan çıxıb. Hadisə zamanı sürücünü yüngül bədən xəsarətləri aldığı deyilir. Ümumilikdə isə dümanlı hava şəraiti səhər saatlarına kimi davam edib.



b