“Yaxşı musiqiyə dəyər yoxdur deyə, “Qıdığım gəlir” oxudum” – Vüqar Muradov – VİDEO

06 2018 16:19

ARB Ulduz-un “Şou məkan” proqramının növbəti müsahibi müğənni Vüqar Muradov olub.

İnsanları pozitivə yükləmək üçün “Qıdığım gəlir” mahnısına müraciət edən müğənni, burda nə isə axtarmağın mənasız olduğunu, ifanın məzəli formada yazıldığını diqqətə çatdırıb:

“Bu, sadəcə mahnıdır. 
Burda qəribə heç nə yoxdur. Hər zaman sevirəm, ölürəm, yanıram, tökülürəm tipli mahnılar olacaq deyə bir qanun yoxdur. İnsanları həmişə neqativə yönəltmək olmaz. Onları bədbinlikdən çıxarmaq lazımdır. İnsanların üzünü güldürmək lazımdır.

Burda bizim dilimizə və poeziyamıza təhqir olacaq bir şey yoxdur. 
Sadəcə məzəli mahnıdır. Bunu anlamaq üçün bir az düşünmək lazımdır. Baltalamadan öncə düşünmək lazımdır ki, hamının qıdığı gəlir”.

Mahnını illər öncə yazıb sandıqda saxlayan sənətçi, əgər daha əvvəl bu ifanı səsləndirsəydi, daha çox məşhur olardı fikrini yaman arxayın söylədi:

“Mahnını özüm özümə təqdim etmişəm. Mahnını 8 il öncə yazmışam. Sadəcə oxumurdum. 8 il öncə oxusaydım, bəlkə, daha çox populyar olardım. Kompleksim var idi ki, mən belə bir mahnı necə oxuyum. Gördüm ki, klassika oxuyana, yaxşı musiqiyə qiymət, dəyər verən yoxdur”.

Vüqar, yəqin əvvəlcədən bilirdin ki, yeni mahnın birmənalı qarşılanmayacaq və müzakirələrə səbəb olacaq?

“Hansısa bir əsəri oxuyursan, heç baxış olmur, müzakirə edilmir, mahnı sayılmır. 
Ancaq nə isə qeyri-adi bir şey edəndə müzakirələrə səbəb olur. Mən də müzakirəyə səbəb olmaq istədim.

Ancaq təhqir etmək istəyirlər. Çünki boş-bekar insanlardır. Onların nə elmi var, nə mədəniyyəti var, nə ünsiyyət qurma bacarığı var. Onlar klaviyatura arxasında “şirlərdir”, “qəhrəmanlardır”. Təhqir edən insan bilməlidir ki, sabah onun ailəsinə, namusunu çəkdiyi insanlara qarşı söyüş və təhqir ola bilər. Bunu bilə-bilə yazırMən onları insan yerinə saymıram. Onlar var, ya yox, məni maraqlandırmır. Mənim başım sevənlərimə qarışıb. Sevməyənlərə ayıracaq vaxtım yoxdur”.

Müğənnini necə əsəbiləşdiriblərsə, danışdıqca od-alov püskürdü və onu təhqir edən insanların boş-bekar adamlar olduğunu söylədi:

“İnsan bu qədər simasız olmaz axı. İnsan bu qədər mənəviyyatsız olmaz axı. Sən kimisə təhqir edirsənsə, ay vicdansız, bilməlisən ki, sənə də təhqir olunacaq. Hətta qarşındakı insan sənə qat-qat artıq cavab verəcək. Yəqin onların qıdıqları gəlmir, hissiyyatsızdırlar. Gül keç də. Nə var burda”.

Bəzilərinin müğənnilərə bəxtəvərlik verib paxıllıq hissinə qapılmasına eyham vuran Vuqar, əslində lüks həyatının olmadığını etiraf etdi:

“Mən hələ də kirayədə yaşayıram. Hələ də mənim öz evim yoxdur. 1998-ci ilin avtomobilini sürürəm. Burda utanılacaq, qəbahət bir şey yoxdur. Mən milyardlar üstündə oturmamışam. Zamanında pulum olub, xərcləmişəm. Vaxtında pulun qədrini bilməmişəm. Mən 1998-ci ildən Bakıdayam. Oxumaq üçün gəldim, burda qaldım. 20 ildir ki, ailəmdən uzaq yaşayıram. Kaş mənim yanımda ailəm olaydı. Onlar mənim pulumu saxlayardılar”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.