"Telefonu götürüb qaçdım" - Qadını soyan şəxs - VİDEO

06 2018 16:18

Paytaxt sakini olan qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə naməlum şəxsin Səməd Vurğun küçəsində onun mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə müraciət edib. 

ARB TV
 xəbər verir ki, polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb.

O, ifadəsində törətdiyi əməli etiraf edərək, ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib: "Təsadüfən yoldan keçəndə bir qadını görüb əlindəki telefonu götürüb, qaçdım".

Faktla bağlı cinayət işi açılıb. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin analoji qanunu pozuntularında iştiraklarını istisna etmirlər. Onun əməlindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-yə müraciət edə bilərlər.