Qadını soyan şəxs: "Gözümə sataşdı, götürdüm" - VİDEO

27 2018 14:41

Bakıda qadına qarşı cinayət törədən şəxs tutulub.


ARB TV xəbər verir ki, qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Siyavuş Salmanov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, qadının boyunbağısını ələ keçirərək hadisə yerindən qaçıb. 

Siyavuş Salmanov (saxlanılan şəxs): "Yolla gedəndə gözüm sataşdı, açıb götürdüm boynundan. Aparıb 500 manata satdım". 

Həmin şəxsin digər cinayətlərdə iştirakını istisna etmirlər. Faktla bağlı araşdırma aparılır.