“Oğlumu görən deyir ki, sevgilindir” – Rahidədən ŞOK AÇIQLAMA – VİDEO

25 2018 16:30

ARB Ulduz-un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Rahidə Baxışova olub.

Sənətinə fasilə verməmişdən öncəki fəaliyyəti ilə sonrakı işləri arasında bir müddət uçurum yaransada, ifaçı artıq dayanmaq bilmir. Ard-arda mahnılar yazdırdığını söyləyən müğənni bu dəfə də “Qala” qrupu ilə bərabər duet oxuyub.

“Bu gün üç yaraşıqlı, istedadlı, səsləri gözəl, özləri mədəni oğlanla, “Qala” qrupu ilə duet hazırlayırıq. Baxın, gözlərim də şişib, səhərə qədər yatmamışam.

Bu uşaqlar mənim duet ortaqlarımdır: Vaqif, Mirzə Seymur”.

Mirzə: “Bu mahnı gördüyünüz kimi fərqli janrdadır. Əslində Rahidə xanım özünü burda görmürdü. Ancaq elə gözəl oxuyub ki, tamaş
çılar da bunu görür. Mahnının əsas manevri var idi, onu çatdırmaq lazım idi. Bu da bizdə alındı”.

Vaqif: “Rahidə xanıma da demişik, bu yaxınlarda mahnıya klip də çəkiləcək. Tamaşaçılara təqdim edəcəyik”.

Seymur: “Klip çəkilişinin bütün maddi tərəfləri bizim üzərimizə düşür. Sağlıq olsun. Hər şey yaxşı olar”.

Adını çəkmədiyi həmkarlarından biri ilə duet oxumaq üçün, sözün yaxşı mənasında, əldən-ayaqdan gedən Rahidə yəqin rədd cavab almaqdan çəkinir:

“Bir mahnı var idi, aşiq idim həmin mahnıya. İfanı dinləyəndə gözümün qabağına o insan gəlirdi. Amma özünə de
məmişəm. Qorxuram. Onun da işləri çoxdur. Mən hiss edirəm ki, o özü nə zamansa mənə deyəcək ki, Rahidə, gəl, duet oxuyaq. Bəzən mənə də deyirlər, Rahidə, duet oxuyaq. Deyirəm ki, oxuyarıq da. Alınmır.

Mən Elnur Məmmədovla duet oxumuşam. Gözəl alınıb. Ancaq biz onu heç vaxt efirdə səsləndirməmişik. “Yutub”da var. “Gəl” adlanır. Yəni mən bir müğənni ilə duet oxuyuramsa, istəmirəm ki, oxuyum kənarda qalsın. Rüfət Axundovla olan dueti iki-üç dəfə efirdə oxumuşuq. Rüfətə deyəcəm ki, gəl, tez-tez efirə çıxıb, oxuyaq”.

Biz Rahidənin növbəti işinin oğlu ilə duet olacağını düşünsək də, ifaçı oğlunun, ümumiyyətlə, övladlarını bu sahədə görmək istəmir:

“Əslində oğlumla duet oxumaq beynimdən gəlib keçib, ancaq gedib. 
Mənim də övladım istedadlıdır. Bəlkə də, nə zamansa olar. Mən bu işin içində olmasaydım, bəlkə də daha çox dəstək olardım. Oğlum musiqini sevir. Gözəl duyumu var, elə qızımın da duyumu var.

Fikirləşirdim ki, oğlum polis olsun və ya idmançı olsun. İstərdim ki, musiqi aləmində olmasın. Madam ki, oğlum, bunu çox istəyir və qarşısını ala bilmirəm, o zaman qoy getsin oxusun. Ancaq orta məktəbi bitirsin, imtahanlarını versin, sonra”.

Müğənninin oğlu hündürboy olduğu üçün, hətta bəzən onun Rahidənin oğlu yox, sevgilisi olduğunu zənn edirlər:

“Oğlum hündürboyludur. 
Mənim yanımda görəndə və mən deyəndə ki, oğlumdur, hamı təəccüblənir. Deyirlər ki, elə bildik sevgilindir”.

Rahidə, nə zamansa ailə qurmaq istəsən və həyat yoldaşın sənə qadağa qoysa ki, oxuma, reaksiyan nece olar?

“Bu ola bilməz. 
Bumənim işimdirMən heç kimə möhtac olmaq istəmirəmMənim çətin anlarım olubAncaq mən heç kimin qapısını döyməmişəm ki, bu işdə mənə kömək et. Mən hansısa əşyamı satıb, həmin problemimi həll etmişəm, vəziyyətdən özümü çıxarmışam”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.