“Xoşbəxt cütlük kimi qalan varsa konsertimə gözləyirəm” – Kərimdən dəvət – VİDEO

23 2018 17:34

“Siz bizi necə görmək istəyirsizsə, biz elə oluruq. Məclis bitdikdən sonra biz yenə də o dərdimizlə bir yerdə qalırıq. Deyirlər ki, sənət aləmində hər kəs xoşbəxtdir, kef edirlər. Mikrofonu əlinə aldı, oxudu, pulunu qoydu cibinə. O, xoşbəxtlik deyil, sadəcə pul qazanmaqdır”

Bu sözləri “ARB Ulduz”un “Şou Məkan” proqramına açıqlaması zamanı müğənni Kərim Abbasov deyib.

O, eyni zamanda yeni işlərindən danışıb:

 
“2018-ci ilin əvvəli mənim üçün çox gözəl başladı. Gözəl bir klip çəkilişim oldu. Mahnının musiqisi mənə məxsusdur, sözləri isə Nüsrət Kəsəmənlinindir. Mahnı “Həyat yoldaşı” adlanır.

Fevralın 14-də şəhər restoranlarından birində mini konsertim təşkil olunacaq. Orda bu vaxta kimi mən nə qədər cütlüyün toyunda oxumuşamsa, o vaxtdan bu günə kimi hələ də xoşbəxt cütlük kimi qalan varsa, həmin insanları konsertimə gözləyirəm. Mən bu klipi onlara həsr edirəm”.

Gecəsini, gündüzünü istirahət etmədən klipin çəkilişlərinə sərf edən müğənni yerində dayana bilmir:

 
“Dörd gün klip çəkilişi oldu. Dörd günün iki gününü dayanmadan çalışmışıq, digər iki gününü isə ancaq gecələr işləmişik. Biz eyni zamanda ikinci klipi də çəkirdik. Müəyyən kadrlar artıq çəkilib. İkinci klipin demək olar ki, yarısı artıq ekranlaşdırılıb. İşləmək istəriyəm. 2018-ci ildə dayanmaq istəmirəm”.

Sən demə ifaçının 10 barmağında on bacarıq varıymış da, xəbərimiz yoxuymuş:

“Öz stilistiməm, saçımı qaydasına salıram, saqqalıma düzəliş edirəm. Sadəcə saçımı kəsdirmək üçün bərbərə gəlirəm, bu, bir. Gözəl yemək bişirirəm, bu, iki. Gözək atayam, bu, üç. Dosta,qardaşa yarayanam. Gözəl xasiyyətlərim çoxdur. Sadəcə insanlar məni bir az aqressiv tanıyıblar. O da mənim gənclik illərimdə cahilliyimdən irəli gəlir”. 

Kərim, oğlu Yusifin fotolarını sosial şəbəkədə paylaşmamasının səsəblərindən də danışıb: 

“Şəkil yükləyirəm, görürəm ki, uşaq nəzəri üzərinə çəkir. Xəstələnir, qızdırması filan olur. Biz əziyyət çəkməkdən əlavə o əziyyət çəkir. Arıqlayır, kilo itirir. Bu da mənə xoş gəlmir. Məni istəyən mənə baxır. İndi bölüşmək istəmirəm şəkillərini”.

Son olaraq məhşur ifaçı onu da qeyd edib ki, zamanı gəlincə bostanımı daşlayan həmkarının həyətində bina inşa edəcəm:

“2017-ci ildə bir-iki müğənni varıydı ki, onları tanıdım. Bəzi insanlar ünvanıma söz atdılar. Həmin adam meqastardır kimdir, bilmirəm. İndi özü özünə meqastar deyir də. Hə, superstarlar, Ajda Pekkanlar....Ajda Pekkan kimi superstar xəyalı ilə yaşayanlar var ha, özünü o səviyyədə görüb, əslində isə olmayan insanlar mənə daş atdılar. Mən susdum, boş verdim. Dedilər ki, nə yaxşı sakit dayandın? Cavab verdim ki, o, mənə daş atdı, mən ona kubik atacam”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.