Mikroavtobus keçmiş polisi vurdu: vəziyyəti ağırdır - VİDEO

11 2018 18:23

Zaqatalada piyadanı maşın vurub. ARB Şəki xəbər verir ki, hadisə axşam saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mersedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla Balakən rayonu stiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 49 yaşlı Zaqatala rayonu Çobankol kənd sakini Kamal Fazil oğlu Abdilovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Kamal Abdilovun vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.