Tovuzda qətliam - Kənd sakinləri şokda - VİDEO

11 2018 18:23

Tovuz sakininin 4 il əvvəl saldığı meyvə bağı məhv edilib.


ARB TV xəbər verir ki, hadisə rayonun Cəlilli kəndində baş verib.

Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdəsindən baltalayıb. Təsərrüfat sahibi bundan səhər saatlarında, ağaclara qulluq etmək üçün bağa girəndə xəbər tutub və 400-dən çox ağacın məhv edildiyini görüb.

Novruzəli Fərzəliyev (zərərçəkən):
 "Ağaclara 4 ildir ki, qulluq edirdim və növbəti mövsüm bar verəcəkdi. Hər ağacın birinə 5 manat vermişdim. 320 ağacımı məhv etmişdilər".


Artıq məsələnin araşdırılması ilə rayon polisi məşğuldur. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.