“Deyirlər ki, restoranda qadınla “tutublar”” – Elariz hər şeyi açıqladı – VİDEO

11 2018 18:21

“ARB Ulduz”un “Virtual həyat” proaramının növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şaiyələrə önəm vermədiyini söylədi.

“Əslində son dönəmlər haqqımda ortaya çıxan şaiyələr vecimə deyil. 
Toy mövsümü öncəsi haqqımda nəsə xəbər yayırlar. Gah deyirlər səsi batıb, gah deyirlər artıq toya getmir, bizneslə məşğuldur, gah deyirlər hansısa restoranda qadınla “tutublar”. Hər dəfə bu cür şaiyələr ortaya atılır. Bu söz-söhbətlər toylarımın sayını azaltmaq üçündür. Çünki hər zaman diqqət mərkəzindəyəm”.

Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var:

“Anti-reklamımla məşğul olan bir neçə nəfər var. 
Onları da tanıyıram. Sadəcə olaraq mən onların adını deyən kimi, müxbirlər gedib həmin adamlardan müsahibə götürəcəklər. Onlar da inkar edəcəklər. Sonda isə o adamlar biraz da reklam olunacaqlar.

Mənim ayağımın altını qazmağa çalışanlar məni görəndə bir öpürlər, bir qucaqlayırlar. Mən də onlara xoş sözlərimi deyirəm. Bununla da ayrılırıq”.

Elariz Məmmədoğlu ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.