"Elza gəlin maşının qabağını kəsib, pul verdi" – Müşviq Şahverdiyev toyundan danışdı – VİDEO

11 2018 18:20

Aktyor Müşviq Şahverdiyev ARB TV-nin Sayqa ilə Bu axşam” proqramında toyunda baş verən maraqlı hadisəni danışıb.


Aktyor bildirib ki, artıq restorandan çıxan zaman Elza Seyidcahan toya gəldi.

“Biz maşına oturanda gördük ki, gəlin maşının qabağında bir maşın saxlayıb əl eliyir ki, dayanın, getməyin. Bir də gördüm ki, Elza xanım maşından düşdü. Dedi ki, ay Müşviq toy nə tez bitdi? Deyirəm ay Elza xanım, saat birin yarısıdır. Gəlinlə də görüşdü, nəmərini də gəlinə də verdi ki, çatıra bilmədim. Əsas diqqətdi. Mən onu yüksək qiymətləndirdim”.