“Qardaşlarımın yanında başıaşağı olacağım heç nə etməmişəm” – Nazənin – VİDEO

10 2018 17:57

ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti müsahibi Nazənin olub.

Müğənni ilk olaraq “dövlətdə dəvə övladda nəvə”, deyib onlardan ürəkdolusu danışdı:

“2017-ci ildə iki nəvəm dünyaya gəldi. Birinin adını Nazənin qoyduq, o birinin adını isə atamın adı ilə Rəhim qoymuşuq. İndi avtomobilə oturan kimi görüntülü zəng edəcəm. Oxumağa başlayan kimi bir oynayacaq ki, gəl görəsən”.

Ailəsinin və izləyicilərinin qarşısında başıaşağı olacaq heç nə etmədiyini dilə gətirən sənətçi, hətta düşmənlərinə belə xoş gün arzuladı:

“Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm.

Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin. Gözəl günə başları qarışsın, Nazənin yadlarından çıxsın. Onlar pis gün yaşasalar, fırlanıb gəlib Nazənindən yapışacaqlar”.

Müğənni Nazəninlə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.