“Gördüm ki, millət yığılıb” - 2 həftədə 2-ci yanğın – VİDEO

10 2018 17:54

Bu gün səhər saatlarında Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib.

ARB TV xəbər verir ki, e
vdə heç kim olmadığından xəsarət alan olmayıb.

Xaçmaz rayonunun Niyazoba kənd sakini, 41 yaşlı Cərulla Kamalova məxsus yaşayış evi yanıb.

Ümumi sahəsi 85 kvadrat metr olan birmərtəbəli 3 otaqlı yaşayış evinin bir otağının yanar konstruksiyaları, 15 kvadratmetri və dam hissəsinin 30 kvadratmetri yanıb.

Çimnaz Muradova – Qonşu: “Burada daimi yaşayış yoxdur. Gördüm ki, millət yığılıb. Dedilər ev yanıb. İstilik sistemləri həmişə tokda olur”.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisəinin səbəbləri araşdırılır.

Qeyd edək ki, bu evdə 2 həftə əvvəl də kiçik yanğın hadisəsi qeydə alınmışdır.