Evlərindən qızıl oğurlayan nəvə nənəsini öldürdü - VİDEO

10 2018 17:47

Abşeron rayonunda nəvə nənəsini qətlə yetirib.

ARB TV xəbər verir ki, 
hadisə Saray qəsəbəsi Üzümlük massivindəki həyət evlərindən birində qeydə alınıb.

Qəsəbə sakini Nihat Muradov mübahisə zəminində 67 yaşlı nənəsi Xaccabəyim Məhəmməd qızı Seyidəliyevanı bıçaqla vuraraq qətlə yetirib.

Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları dərhal cinayət başverən ünvanda olublar. Qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılıb. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

M
əlumata görə, Nihat Hacıyev özünə mobil telefon almaq istəyib. Bu məqsədlə valideyinlərindən pul istəyib. Lakin valideyinləri ona pul verməyib. Bundan sonra Nihat evdəki qızılları oğurlayıb satmaq istəyib. Valideyinləri evdə olmayan zaman qızılları götürüb evdən qaçmaq istəyən Nihata onlara qonaq gələn nənəsi mane olmaq istəyib. Sonda məlum cinayət faktı qeydə alınıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdarmalar davam edir.