Ölkəni tərk edən Anar Ağakişiyevdən EKSKLUZİV AÇIQLAMA - VİDEO

10 2018 17:43

"Şəkil çəkdirmək üçün 500 nəfərin arasından keçib gələcəklər"

""Daily mail" məndən artıq 3-cü dəfədir ki, yazır. Sadəcə təvazökar olduğum üçün bunu işıqlandırmadım. Dünyanın mindən artıq saytında çıxıb. Hindistan, Amerika, Türkiyə, Yunanistan, Danimarka, Böyük Britaniya və s kimi ölkələrin saytlarında bu reportajlar işıqlanıb"

Bu sözləri ARB TV
-nin "Günə son" proqramına açıqlaması zamanı tanınmış stillist Anar Ağakişiyev deyib.

O, dünyanın bir çox aparıcı media qurumunda yayımlanan əl işlərinə münasibət bildirib:


"Bəzi paxıllar yalandan deyirlər ki, bunlar sifarişli yazılardır. Mənim 200 minim yoxdur ki, özümü reklam edim. Bir az əvvəl Türkiyənin "Bəyaz TV" kanalından mənə zəng edib reportaj almaq istədilər. Başqaları kimi artıq pulum yoxdur ki, öz PR-ma xərcləyim. Bir çox aqressiv şərhlər görürəm. Paxıllığımı çəkirlər. Onlar unudurlar ki, mən Azərbaycanı təmsil edirəm".


Anar daha sonra ölkəni tərk etməsi barədə eksklüziv olaraq danışdı:

"Bu tip aqressiv şərhlərdən sonra qərara gəldim ki, bir neçə ay sonra ölkəni tərk edim. Önümdə 2 təklif var. Biri yaxındır, biri isə çox uzaq. Mənim burdakı işlərimi görəcək komandam var. O şərhləri yazanlara sübut etmək lazımdır ki, mən gedəndən sonra mənimlə şəkil çəkdirmək üçün 500 nəfərin arasından keçib gələcəklər".

Daha sonra stillist onun uğurunu təbrik edən və etməyən məşhurlardan danışdı:

"Məni Sevda Yehyayeva, Sevil-Sevinc bacıları, Nanə təbrik etdilər. Nigar Camal demişdi ki, mənim makiyajımı bəyənmir. Bu da ona cavab oldu. Röya da təbrik etmədi".