“Denən pul lazımdır, verim” - Kənd sakininin mal-qarası oğurlandı - VİDEO

09 2018 16:20

Tovuzun Hacıalı kəndində oğurluq olub.

ARB TV xəbər verir ki, g
ecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara oğurlanıb.

Zərərçəkən dərhal Tovuz Rayon Polis Şöbəsinə məlumat verib. Tağıyevin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan biri olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.

Müşfiq Tağıyev – Kənd sakini: “Bura kəndin qırağıdı. Oğlum çağırdı ki, mal-qara yoxdu. Arxa tərəfdən aparıblar. Ayaq izləri var. Kimdisə bilən adamdır. Sənə pul lazımdırsa denən ki, ay Müşfiq 300 manat ver. Tapım düzəldim verim”.

Fakt araşdırılır.