“Məclislərdə deyirlər ki, atan çox arvadlı olub” – Aytac Vidadiqızından üsyan – VİDEO

09 2018 16:15

Həbsdən çıxan qardaşımla görüşmədik

“Əhməd mənimlə oxuyur. Evdədir hal-hazırda. Vüqar da bizim böyük qardaşımızdır. Demək olar ki, anam saxlayıb. Əhməd də ki, doğma qardaşımdır”.

Bu sözləri Aytac Vidadiqızı ARB TV-nin “Sayqa ilə Bu axşam” proqramında ailəsindən danışarkən bildirib.

Həmçinin qeyd edib ki, atası haqqında deyilən sözlərdən artıq yorulub.

“Atam böyük bir sənətkar olub. Arxasınca istəmirəm belə danışssınlar. Hansısa məclisə gedirəm gəlib deyirlər ki, sənin atan da çox arvadlı olub. Nəyə görə gəlib mənə belə şeylər deyirlər. Ölüb gedib. Ayıbdır. Vidadi Bərdəlinin sənətindən danışın. Niyə elə danışırsız? Mənim atamdır. Oturub sonra saatlarla ağlayıram”.

Aytac bildirib ki, qardaşlarının hamısı ilə əlaqə saxlasa da həbsdən yeni çıxmış qardaşı ilə görüşmür.

“Hamısı ilə əlaqə saxlayıram. Tuncayla görüşmədik amma telefonla danışdıq. Təki yolu hər zaman açıq olsun. Həmişə yanında olmuşam. İndi yığmasaq amma yaxşı olar. İstəmirəm bacı-qardaşlarımla efir vasitəsi ilə danışım. Bəzi şeylər var ki, danışıram, sonra zənglər gəlir evə və anam da üzülür”.