Metroda əlillər niyə nəzərə alınmır? - AÇIQLAMA - VİDEO

08 2018 17:57

Cəmiyyətdə əlil vətəndaşların yaşam problemi, onların qarşılaşdığı çətinliklərlə tez-tez rastlaşırıq.

ARB TV-nin “Günə doğru” proqramı bu məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Bu gün Bakıda müxtəlif infrastruktur layihələri həyata keçirilsə də bəzən bu qəbildən olan insanlar unudulur. Küçələrdə səkilər, yeraltı keçidlər binaların girişi bir tərəfəfiziki çətinliyi olan insanlar üçün metro stansiyalarından da istifadə də əlavə problemə çevrilib.

Metropoliten rəsmisi Nəsimi Paşayev son illər təmirdən çıxan stansiyalarda fiziki qüsurlu insanlar üçün müəyyən şəraitlərin yaradıldığını deyir. Məsələn sarı zolaqlar. Bu xəttdən görmə qüsurlu insanlar rahatlıqla istifadə edə bilər. Ancaq indiki zamanda yerimə əngəlli olan insanlar yalnız ətrafdakıların köməyi ilə platformaya daxil ola bilər.

Nəsimi Paşayev – Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri“Bütün əməkdaşlara tapşırıq verilib ki, fiziki imkanlardan məhdud hər bir vətəndaşa lazımi xidmət göstərilsin.Hətta mən özüm şahid olmuşam ki, bizim əməkdaşlar əlil arabasını özləri götürərək, qatara qədər onları müşahidə ediblər”.

Hal-hazırda mövcud 25 stansiyadan yalnız 2-sində arabadan istifadə edən fiziki qüsurlu insanlar üçün şərait var. Belə stansiyaların azlığı əlilləri qane etmir.

Lakin gələcəkdə metronun Avtovağzal stansiyasından başlayan bənövşəyi xətt üzərindən Qaraçuxura qədər davam edəcək daha 12 stansiya tikiləcək ki, həmin xətt boyunca araba istifadəçiləri üçün liftlər quraşdırılacaq. Yəni mövcud problem yalnız yeni stansiyalar tikildikcə aradan qalxacaq.

Əlil olmaq evə məhkum olmaq” deyil. Bu gün Azərbaycan “əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyaya” qoşulub. Bu da o deməkdir ki, bu insanlar heç kimin köməyi olmadan rahat hərəkət etməlidir. Bəli, qanunvericilikdə belə müddəalar var ancaq onlar nədənsə işlək deyil.

Hüquqşünas ərşad Hüseynov yol hərəkəti haqqında qanunda bəzi detalların olmamasını vacib sayır.