Oğurluq edən işçi müdirini arxadan bıçaqladı – VİDEO

08 2018 15:47

Sumqayıtda qanlı olay baş verib.

ARB TV xəbər verir ki, hadisə S
ülh küçəsində baş verib.

Firmaların birində ekspeditel işləyən Sumqayıt şəhər Corat qəsəbə sakini, 30 yaşlı Rauf Heybətov ilə işçisi, 25 yaşlı Mübariz Məmmədov arasında firmaya məxsus avtomobildə mübahisə yaranıb. Bu zaman Məmmədov satış müdirinə arxadan bıçaq zərbəsi vurub. Rauf Heybətov baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. Sürücü yaralını dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs avtomobildən düşərək qaçsa da, polis tərəfindən saxlanılıb.

Məlumata görə, mübahisə Mübariz Məmmədovun satış müdiri Rauf Heybətovdan xəbərsiz məhsulları oğurlayaraq satması və dəymiş ziyanı geri qaytarmaq istəməməsi səbəbindən baş verib.


Faktla bağlı araşdırmalar aparılır.