Qarşısına inək çıxan sürücü qəza törətdi: Ər və arvad yaralandı – VİDEO

08 2018 15:47

Bəhrəmtəpə magistral yolunun Sabirabad rayonu Nərimankənd ərazisindən keçən hissəsində qəza olub.

ARB TV xəbər verir ki, "Mersedes" markalı avtomobilin qarşısına inək çıxması nəticəsində sürücü idarəetməni itirib.

Bu zaman avtomobil "Ford" markalı maşınla və daha bir "Mersedes" markalı avtomobillə toqquşub. Zəncirvarı qəza zamanı xəsarət alan Bakı sakinləri - 50 yaşlı Akif Məmmədov və onun həyat yoldaşı 34 yaşlı Nərmin Hüseynova Sabirabad rayon xəstəxanasına, Sabirabad sakini, 32 yaşlı Nicat Əhmədov isə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.