Qaynatanın malı üstündə bacanaqlar qan tökdü: Burnunu dişləyib qopartdı - VİDEO

08 2018 15:45

Bakıda qaynatanın hədiyyə etdiyi obyekt üstündə bacanaqlar arasında dava düşüb.

ARB TV xəbər verir ki, 
Sumqayıt şəhər sakini 28 yaşlı Anar Əbilov Şıx qəsəbəsində obyektdə bacanağı tərəfindən bıçaqlanıb.

Əlbəyaxa dava zamanı Əbilovun burnu dişlənilərək qoparılıb. Zərərçəkən dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirib, vəziyyəti ağırdır.

Fakt araşdırılır.