Marketdə baş verən oğurluq anbaan kameralara düşdü – VİDEO

08 2018 15:44

Paytaxtın Nəsimi rayonunda oğurluq baş verib.

ARB TV xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsi, 7 ünvanında yerləşən marketdə qeydə alınıb.

Orta yaşlı naməlum şəxs marketin şüşəsini daşla qıraraq içəri daxil olub. 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.

İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. 
Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.