“Santexnik ustasının incəsənətdə nə işi var” – Əməkdar artistdən ATMACA – VİDEO

08 2018 15:42

ARB TV təzə ildə daha bir maraqlı proqramla tamaşaçıların qarşısına gəlib.

“Kimi Tapdın sən?” adlı veriliş ilk buraxılışından etibarən olduqca maraqla qarşılanıb.

Belə ki, proqrama qonaq olan Əməkdar artist Abbas Bağırov maraqlı açıqlamalar verərkən, bəzi həmkarlarına da söz atıb:

“Mən ümumiyyətlə bu mövzuda danışmaq istəmirəm. Çünki səsi olmayanlar o zaman daha da sevinirlər ki, səsim yoxdur, pulum var. Gedim oxuyum da. Belə olmaz. İş yoxdur deyirlər. O iş yoxdur deyənləri mən başa düşmürəm. Santexniksənsə, incəsənətdə nə işin var. Get santexnikanla məşğul ol”.