Mal-qara və avtomobil oğrusu saxlanılıb – VİDEO

30 Dekabr 2017 12:50

Beyləqanda mal-qara oğrusu saxlanılıb.

ARB TV xəbər verir ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini Natiq Abdullayev İmişli rayon polis şöbəsinə müraciət edərək otlaq sahəsindən ona məxsus iribuynzulu heyvanın oğurlandığını bildirib.

Bundan sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon Birinci Şahsevən kənd sakini, əvvəllər dəfələrlə məhkum olunan Elçin Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu heyvanları və bir ədəd avtomobili oğurlayıb.