Şəkidə dağ yandı - VİDEO

30 Dekabr 2017 12:49

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yanğın başlayıb.

ARB Şəki xəbər verir ki, y
anğın bu gün günorta saatlarında Şəkinin Kiş kəndi ərazisində, yüksək dağlıq ərazidə meydana gəlib.

Söndürülmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib. Həmçinin kənd sakinlərinin köməyindən də istifadə olunur. Hazırda yanğın 2,5 hektar ərazini əhatə edir. Yanğının genişlənməsinin qarşısı alınıb. Lakin havanın küləkli olması səbəbindən tamamilə söndürülməsi hələlik mümkün olmayıb.

Yanğının səbəbi isə araşdırmalardan sonra məlum olacaq.