Şəkidə 7 otaqlı ev yandı - VİDEO

15 Noyabr 2017 02:35

Şəkinin Məhəmməd Əmin Rəsulzadə prospektində yanğın baş verib.

ARB TV xəbər verir ki, h
adisə 56 yaşlı Cabir Məmmədova məxsus 170 kv metr sahəsi olan 1 mərtəbəli 7 otaqlı evdə meydana gəlib.

Otaqlardan birinin tavanı anidən yanmağa başlayıb. Əraziyə dərhal Şəki Yanğından Mühafizə hissəsinin iki maşını cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir otağın 2 kv metr tavan hissəsi yanıb.

Cabir Məmmədov – Ev sahibi: “Oturmuşdum, birdən gördüm ki, çardaq yanır. Allah canlarını sağ eləsin. Tez gəlib söndürdülər”.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.