İdarəetməni itirən sürücü qəza törətdi: vəziyyəti ağırdır - VİDEO

15 Noyabr 2017 02:32

Bərdə rayonunda yol qəzası baş verib.

ARB TV
 xəbər verir ki, hadisə rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107"in sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxıb. Qəza nəticəsində minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər.

Faktla araşdırma aparılır.