Ruhi xəstə olan nəvə 79 yaşlı nənəsini burada öldürüb: GÖRÜNTÜLƏR - VİDEO

13 Noyabr 2017 23:26

Şəkidə 79 yaşlı nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olun.

ARB TV xəbər verir ki, hadisə Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.

30 yaşlı Reyhan Davudova nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endiribR.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Məlumata görə o
, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub.

Qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.

Faktla bağlı araşdırma aparılır.