Maşından düşən 35 yaşlı qadını başqa avtomobil vurdu

13 Noyabr 2017 23:23

Oğuzda 35 yaşlı qadını maşın vurub.

ARB TV
 xəbər verir ki, 35 yaşlı Xeyransa Zakirova ailəsinə məxsus avtomobildən düşən zaman yolla hərəkət edən digər avtomobil tərəfindən vurulub.

Xeyransa Soltan qızı Zakirova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.