Ana və oğlunun xəsarət aldığı partlayışın görüntüləri - VİDEO

13 Noyabr 2017 23:22

Şəmkirdə evdə partlayış olub, ana və oğlu xəsarət alıb.

ARB TV xəbər verir ki, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində fərdi yaşayış evlərinin birində partlayış baş verib.

Hadisə zamanı evdə yaşayan 46 yaşlı Məhbubə İsgəndərova və onun 20 yaşlı oğlu Mehrab İsgəndərli müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin müayinələrdən sonra onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Partlayışın başvermə səbəbləri araşdırılır.