Magistral yolda 2 avtomobil toqquşdu: 4 yaralı - VİDEO

12 Noyabr 2017 04:11

Ələt-Astara magistral yolunun Salyan şəhər ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.

ARB TV xəbər verir ki, 
Arbatan kənd sakini, 47 yaşlı Taleh Bağırova məxsus “QAZ-21” markalı avtomobili idarə edən Şirməmməd Hüseynov, hərəkətdə olarkən Salyan şəhər sakini, 24 yaşlı Əli Tarıverdiyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan Salyan şəhər sakinləri, 20 yaşlı İlkin Əsgərov, 26 yaşlı Vüsal Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 İlkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.