Bakıda yağış İraq vətəndaşlarını xəstəxanalıq etdi - VİDEO

11 Noyabr 2017 02:40

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb.

ARB TV xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində baş verib.

Paytaxt sakini Nəsimi Paşayevin idarə etdiyi "Nissan" markalı avtomobil sürüşərək yol kənarında dayanan "Jeep" markalı nəqliyyat vasitəsinə, daha sonra beton səkiyə çırpılıb. Nəticədə "Nissan"da olan iki İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alıb, onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücünün izahatı alınıb.