Sumqayıtda FACİƏ: ata və qızı yaralandı - VİDEO

11 Noyabr 2017 02:37

Sumqayıtda yanğın olub


ARB TV xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.