“Həyat yoldaşını göstərmə, söz gəlməsin” - Aslan od püskürdü - VİDEO

10 Noyabr 2017 02:13

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Aslan Hüseynov maraqlı açıqlamalar verib.

Bəzən reytinq və ya gündəm xatirinə ailəsini də efirlərin bəzəyinə çevirənlərdən fərqli olaraq, Aslan Hüseynov bunun əleyhinə olduğunu söylədi
:

“Bəzi müğənnilər öz ailəsini, həyat yoldaşını efirə çıxarır, sonra da jurnalistləri qınayırlar ki, niyə belə yazırsız? Həyat yoldaşını, övladını, qohumunu efirə çıxartma, göstərmə, danışdırma, sonra söz də gəlməsin sənə”.

Övladlarını səsi olmasa belə, güclə müğənniliyə gətirən bəzi sənətçilərin yersiz israrlarından söz açan Aslan onları sərt tənqid etdi:

“Azərbaycanda belə şeylər də var. Bəzi müğənnilər övladının səsi olmasa da, onu müğənniliyə gətirir. Övladlarını nərdivanla dırmaşdırırlar ki, mən oxuyanam sən də olmalısan. Səsi yoxdur də, Allah verməyib ona, sənə verib də. Qoy, uşaq öz yolunu tapsın, öz sənətini tapsın. Nə məcburdur?

Aslan Hüseynovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.